SON DAKİKA

Ajans13 Haber
Reklam Alanı

Sosial media hesablarımızı necə qoruyaq ?

Sosial media hesablarımızı necə qoruyaq ?
Bu haber 11 Temmuz 2022 - 16:45 'de eklendi ve 1.267 kez görüntülendi.

Bu suala hamı cavab axtarır ki, necə edək Sosial media hesabımız oğurlanmasın və ya parolu itirdikdə sosial media hesabımızı geri qaytara bilək. Ən vacib məlumat odur ki, Sosial media hesabı açarkən çətin paroldan istifadə etməliyik (Məsələn: a8r9g7r04kf8g9dm4kf ). Əgər Sosial media hesabı açırıqsa mütləq olaraq orada ilk öncə Təhlükəsizlik (Security) böməsinə daxil olmalıyıq və daha sonra hansı üsullarla sosial media hesabımızı təhlükələrdən qoruya bilərək ona baxırıq.Bu Təhlükəsizlik üsulları sizin hesabınızı ələ keçirmək istəyən dələduzlardan qorunmaq üçündür.Bunu bəzən çox istifadəçilər səhv başa düşür, elə bilirlərki hər dəfə Sosial media hesabına daxil olduqda sizdən kod və ya təsdiq istəyəcək, bu belə deyil. Nümunə: Siz əgər daimi olaraq öz telefonunuz ilə İnstagrama daxil olursuzsa , sizdən heç bir təsdiq kodu istəməyəcək.Yox əgər siz başqa telefon və ya komputer ilə hesabınıza daxil olmaq istəsəz , o zaman sizdən bu Təhlükəsiz üsulları təsdiq kodu istəyəcək. Demək olar ki, çox Sosial media platformalarında bu Təhlükəsizlik üsullarından istifadə olunur:

Mobil nömrəni təsdiq etmək
2-ci Mail ünvanı təsdiq etmək
6 və ya 8 rəqəmli bərpa kodu (recovery code)
Microsoft Authenticator (qr code ilə skan edərək daimi telefonunuzda saxlaya bilərsiz)
İki faktorlu autentifikasiya (Two-factor authentication)
Ən əsas problemlərdən biridə dələduzların sizə linklər göndərərək sizin bütün məlumatları ələ keçirirlər. Ona görədə tanımadığınız şəxslərdən gələn mesajlara və göndərilən linklərə fikir verməyin.Müasir zamanda dələduzlar sizin mükafat pul və ya hədiyyə qazandığınızı deyərək sizə link göndərirlər və Şirkətlər adından istifadə edirlər. Əgər qarşınıza hansısa şirkətdə kampaniya və ya endirim linki çıxsa , ilk öncə həmən şirkətin rəsmi internet səhifəsini və ya sosial media hesabını axtarın və əmin olunki şirkət həqiqətən kampaniya elan edib.Ümid edirəm ki, bu post sizə çox faydalı oldu.
Kaynak: Alamdar Manafov

Etiketler :
HABER HAKKINDA GÖRÜŞ BELİRT

YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
İLGİLİ HABERLER
SON DAKİKA